Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar toplantısında iştirak edəcək


Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.


Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Türkiyənin təşəbbüsü ilə baş tutacaq toplantı videokonfrans formatında keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu