Azərbaycan və Türkiyə müdafiə nazirləri telefonla danışıb


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.


Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib.

Zakir Həsənov Türkiyə tərəfinə Akçakaledə şəhid olan üç türk hərbçisi ilə bağlı başsağlığı verib.

Telefon danışığı zamanı nazirlər həmçinin hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu