"Legiya" Mahir Emreli ilə bağlı bəyanat yayıb


Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.


Bəyanatda 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu bildirilib.

"Klub dəfələrlə oyunçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin ona lazım olan bütün dəstəyi təklif edib. Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Məxfiliyi və mahiyyəti nəzərə alaraq, danışıqların məzmununu və nəticələrini açıqlamayacağıq", - deyə açıqlamada qeyd olunub.

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu