Daha 653 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8 497 nəfər vəfat edib, aktiv xəstə sayı 7 826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 275, ötən müddət ərzində isə ümumilikdə 5 987 010 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu