"Azərbaycan Dəmir Yolları" məhkəmə qarşısında


"Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib.


İddiaçı "Dəmiryolservis” MMC-dir. Açıq mənbələrdə işin mahiyyəti barədə hər hansı məlumat yoxdur.

MMC-nin iddiası artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılır.

"Dəmiryolservis” MMC 14 noyabr 2003-cü ildə yaradılıb. Nizamnamə kapitalı 41 115 000 AZN olan şirkətin qanuni təmsilçisi Lütfəlibəyov Əliəşrəf Orxan oğludur. O, fəxri dəmiryolçudur.

Maraqlıdır ki, "Dəmiryolservis” MMC "Azərbaycan Dəmir Yolları” QSC-yə bağlı şirkətdir. 2021-ci ildə QSC-nin nəzdində fəaliyyət göstərən "Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin adı "ADY Tikinti” MMC-yə dəyişdirilib. Bundan sonra 4 şirkət, o cümlədən "Dəmiryolservis” MMC "ADY Tikinti”yə birləşib. Ehtimal etmək olar ki, QSC ilə MMC arasındakı məhkəmə çəkişməsi bu məsələdən qaynaqlanır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu