İşğaldan azad edilən ərazilərdə ən çox mina harada basdırılıb?


“İşğaldan azad edilən ərazilərdə ən çox mina ilə çirklənən ərazi deyə bir bölgü həyata keçirilməyib. Sadəcə olaraq elə sahələr var ki, orada minalar daha sıx düzülüb”.


Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladov deyib.

S.Poladovun sözlərinə görə, sözügedən sahələrdən kənarda da minalanmış ərazilərə rast gəlinib:

“Hazırda o ərazilərin təhlili və tədqiqat işləri aparılır. Ümumi bir fikrin formalaşması və uzunmüddətli proseslərin həyata keçirilməsi üçün bu, önəmli məsələdir. Bu təhlillər tərəfimizdən davam etdirilir”.(Oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu