Ötən il Bakı Şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib
Ötən il Bakı şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib.
AFN.az xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğu orqanlarının ötən il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində bildirilib.
Onun sözlərinə görə, ötən il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib: "Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulüb. Həmçinin Baş prokurorun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb".