İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün 945 müraciət daxil olub - RƏSMİ
İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən KOBİA-ya 945 müraciət daxil olub.
Bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin müraciətlərdən 446-sı investisiya layihələrini, 499 -u isə digər iş və xidmət sahələrini əhatə edir: "Müraciətlərin 27 %-i tikinti işlərinin, 27 %-i ticarət və xidmət sahələrinin, 21 %-i sənayenin, 18 %-i kənd təsərrüfatının, 7 %-i isə turizm, səhiyyə, təhsil sahələrini əhatə edir".
O. Məmmədov vurğulayıb ki, isgaldan azad edilmiş ərazilərdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişaf imkanları genişdir.