AŞPA-nın yeni prezidenti seçilib


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.


APA-nın Avropa müxbirinin xəbərinə görə, təşkilatın qış sessiyasında hollandiyalı Tina Koksun AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.

O, ukraynalı rəqibi Mariya Mezentsevanı məğlub edib. Belə ki, Koksa 164, Mezentsevaya isə 80 nümayəndə səs verib.

Tina Koks bu vəzifədə belçikalı senator Hendrik Daemsi əvəz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu