"Qarabağ"ın oyunu qara görə ləğv olunub


"Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu ləğv olunub.


Bu barədə Çexiya təmsilçisinin rəsmi feysbuk hesabı məlumat yayıb.

***

"Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub.

Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.

Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib.

Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın “Visla" (Krakov) klubu ilə qarşılaşacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu