Deputatın fotosu gündəm oldu, insanlar etiraz edir


Şamaxıdan seçilən millət vəkili Tamam Cəfərovanın Milli Məclisdə çəkdirdiyi fotosu gündəm olub.


AFN xəbər verir ki, sosial şəbəkələrdə tənqid olunan fotoda deputat əyləşdiyi kreslonun arxasına üzərində Prezident İlham Əliyevin fotosu olan kağız torba qoyub. Onun bu fotosu insanlar tərəfindən birmənalı qarşılanmayıb. Maraqlı burasıdır ki, həmin fotonu ilk dəfə deputat özü öz səhifəsində paylaşıb. Sosial şəbəkə istifadəçiləri isə bildirirlər ki, bu, ölkənin bir nömrəli atributu olan Prezidentə qarşı hörmətsizlikdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu