Azərbaycanda məscidlərə dini rəhbəri bu qurum təyin edəcək
Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub.
"Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.
Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.
Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".