Xaçmaz sakinindən yarım kiloqrama yaxın narkotik vasitələr aşkarlandı


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AFN.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Xaçmaz rayon sakini Mehman Musayev və Quba rayon sakini Həmid Həmidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman ümumilikdə yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu