Ağacları kəsən tikinti şirkəti məhkəməyə verildi - FOTO
Nəsimi rayonu, Asif Məhərrəmov 36 F ünvanında “Fəxri” MTK tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov AFN.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib.
Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.