Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayıb
Bakıda həyat yolaşını qətlə yetirməkdə təqsirləndirilən Yadigar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
AFN.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Y.Cəfərov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elnarə Musayevanı bıçaqlayaraq öldürüb. Daha sonra o, bıçaqla özünü xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Cəfərovun həyatını xilas etmək mümkün olub.