Quyudan meyiti tapılan 4 yaşlı qız öldürülübmüş - Saxlanılan var
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.
O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun M.Hüseynlinin qonşusu olduğu bildirilir.
Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.