Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.


AFN.az-ın xəbərinə görə, nazirlər hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb.

Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.

Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir.

Qeyd edək ki, Z.Həsənov hazırda Türkiyədə səfərdədir. Bu gün Ankarada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu