Güclü külək əsəcək - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.


AFN.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-i günün ikinci yarısından 10-dək cənub-qərb küləyinin arabir 15-20 m/s, 09-da axşam arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 8-i gündüzdən 10-u səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s, 09-da axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu