Dövlət Gömrük Komitəsinin elektron xidmətlərinə daha biri əlavə olunub
Dövlət Gömrük Komitəsinin “http://e.customs.gov.az” portalı üzərindən göstərilən elektron xidmətlərə daha biri əlavə olunub.
AFN.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
“Pul köçürmələri” e-xidməti vasitəsilə banklar gömrük bəyannaməsi və yaxud müqavilə əsasında həyata keçirilən ödənişlərin qeydiyyatını aparır", - deyə S.Mehdiyev qeyd edib.