Mütəxəssis "Omikron”un əlamətlərindən danışıb


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Omikron” ştamının əlamətlərindən danışıb.


“Omikron”un koronavirusun mutasiyalarından biri olduğunu və dünya ölkələrində də həmin ştamın müəyyən növləri olduğunu deyən T.Eyvazovun sözlərinə görə, xəstəliyin gizli dövrü çox qısadır: “3-4 gün, nadir hallarda 5 gün çəkə bilər: “Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.

Nazirlik rəsmisi bildirib ki, digər infeksiyalarda 38-39 dərəcə qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur: “Əvvəlki ştamlardakı iy, dad bilmənin itirilməsi yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu