"Elektron Hesablayıcı Maşınları Zavodu"nun direktoru dəyişib


Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-yə yeni direktor təyin olunub.


AFN.az xəbər verir ki, müəssisəyə rəhbərliyi bundan sonra Eldar Vəliyev edəcək. O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.

Xatırladaq ki, "Elektron Hesablayıcı Maşınları Zavodu" SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu