Qazilərimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib - FOTO
Vətən müharibəsində ağır yaralanan daha dörd qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan AFN.az-a verilən məlumata görə, onlar İbadov Emin Şahmar oğlu, Qasımzadə Namiq Ağa oğlu, İskəndərli Elnur Zöhrab oğlu və Qasımov Elvin İlyaz oğludur.
“YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 161 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və onlar Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.