GUAM-ın Baş katibi Moldovanın dövlət katibi ilə görüşüb


Moldovanın dövlət katibi Ruslan Bulboçan GUAM-ın baş katibi Altay Əfəndiyev qəbul edib.


AFN.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Moldova Xarici İşlər Nazirliyinin tviter səhifəsində yer alıb.

Məlumata görə, səmərəli keçən görüşdə tərəflər Moldovanın sədrliyinə köklənən prioritetlər ətrafında fikir mübadiləsi aparıb.

Xatırladaq ki, fevralın 7-də Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Andriy Sibiqa Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu