Müdafiə Nazirliyinin saxlanılan vəzifəliləri barədə qərar verildi


Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.


AFN.az-ın Trend-ə istinadən məlumatına görə, saxlanılan Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə barədə məhkəmə qərar verib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə onlar barəsində istintaq orqanının təqdimatına baxılıb və Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib.

Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, nazirliyin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə xəbər vermişdik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu