Mehdi Səlimzadənin müavini sakinlərə xurma "atıb"? - 22 minlik ŞİKAYƏT


Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev qardaşı oğlu Sabir Vəliyevlə əlbir olub bizi aldadıb həyətimizin məhsulunu alıb başqa şəxsə satıb pulumuzu ələ keçiriblər.


Belə bir iddia ilə bir qrup Göyçay sakini redaksiyamıza müraciət edib. Onlar bildirirlər ki, həyətlərinin məhsulu olan xurma meyvəsini icra başçısının müavini İkram Vəliyevin tapşırığı əsasında onun qardaşı oğlu Sabir Vəliyevə satıblar: "Sabir Vəliyev həmin xurma məhsulunu Əli adlı Biləsuvar sakininə nagd pula satsa da, bizim pulumuzu indiyə qədər ödəməyib. Hansı ki, Əli adlı Biləsuvar sakini bizə bildirdi ki, mən Sabir Vəliyevə nagd pul vermişəm. Təkcə bu mövsümdə onlardan 700.000 manatlıq məhsulu nagd pula almışam".

Sakinlər qeyd edirlər ki, I müavin meyvə tədarükü üçün Göyçay rayonunun Qarabaqqal kəndində özünə böyük bir anbar alıb: "İkram Vəliyev qardaşı oğlu ilə əlbir olub bizdən aşağıdakı məbləğdə məhsul alıb aldadıb:

1) Kərimov İlyas Baxış oğlundan 7950 (yeddi min doqquz yüz əlli) manatlıq,
2) Səmədov Saleh Yaqub oğlundan 4350 (dörd min üç yüz əlli) manatlqı,
3) Əmrahov Rəhman Qədir oğlundan 1000 (min) manatlıq
4) Şıxəliyev Aqil İxtiyar oğlundan 4500 (dörd min beş yüz) manatlıq,
5) Şıxəliyev Elçin İnqilab oğlundan 3700 (üç min yeddi yüz) manatlıq xurma məhsulu aldadıb alıb pulunu verməmişdir.

Biz kasıb işsiz kənd sakinləri gözümüzü bir il ərzində bu məhsulu satıb əldə etdiyimiz pula dikmişdik. Həmin pulla biz ailəmizi dolandırırdıq. İndi isə icra başçısının 1-ci müavini İkram Vəliyev və onun qardaşı oğlu Sabir Vəliyevin dələduzluğuna görə aclığa məhkum olmuşuq.

Qeyd edək ki, Sabir Vəliyevin atası Rafael Vəliyev Ləkçıplaq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir. İkram Vəliyev və qardaşı oğlu Sabir Vəliyevə kiminsə bir manat borcu ola bilməz. Onlara borcu olan Potu kənd sakininin evini və avtomobilini pul əvəzinə əlindən alıblar.
İndi biz çıxılmaz vəziyyətdə qalmışıq. Yeganə yolumuz icra başçısının birinci müavini İkram Vəliyevin və qardaşı oğlu Sabir Vəliyevin talançılığına etiraz olaraq aclıq aksiyasına başlamaqdır.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik vəzifə səlahiyyətlərindən sui-istifadə edib məhsulumuzu aldadıb başqa şəxsə satıb pulunu ələ keçirmiş birinci müavin İkram Vəliyevin və qardaşı oğlu Sabir Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz".

Məsələ ilə bağlı İ.Vəliyevin də mövqeyini öyrəndik. AFN-ə açıqlamasında I müavin bildirdi ki, şikayət edən sakinlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Gəlsinlər görüm onlar məni nə vaxt görüblər, nə vaxt onlara nəsə demişəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu