Eldar Əmirov polisə müqavimət göstərib


Xəbər verdiyimiz kimi, AMEA prezidentliyindən istefa verən Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovla bağlı ilkin məhkəmə qərarı verilib. Yasamal Rayon Məhkəməsi onun barəsində 30 sutka həbs qərarı çıxarıb.


AFN.az xəbər verir ki, E.Əmirov polisə müqavimətdə ittiham edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

Qeyd edək ki, Eldar Qurban oğlu Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu