Aldığı dərmandan şübhələnənlərin nəzərinə


"Əgər vətəndaşda aldığı dərman preparatına dair hər hansı bir şübhə yaranarsa, bununla bağlı Analitik Ekspertiza Mərkəzin (012) 596-07-12 nömrəli “Qaynar Xətt”inə müraciət edə bilər".


AFN.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

Bildirilib ki, həmçinin, vətəndaşlarin Mərkəzin “Bir pəncərə” xidmətinə də yaxınlaşaraq dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi ilə əlaqədar hər hansı şikayət və müraciəti etmək imkanı var:

“Müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə Mərkəzdə əlavə “Qaynar Xətt” nömrələri (012) 594-57-27 və (012) 594-57-37 bərpa edilib. Bundan əlavə Mərkəzin rəsmi elektron aem@pharma.az ünvanına şikayət və müraciətlərini göndərə bilərlər.

“Qaynar Xətt” nömrələri həftənin iş günləri saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. “Qaynar Xətt” nömrələrinə, eləcə də Mərkəzin rəsmi sosial hesablarına dərman vasitələrinin sertifikatı, dövlət qeydiyyatında olan dərman vasitələri, satışına qoyulmuş qadağalar, alternativ dərman preparatları və s. bu kimi məlumatlarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə peşəkar mütəxəssislərimiz tərəfindən qısa müddət ərzində baxılaraq ətraflı məlumatlar verilir, dərman vasitələrinin keyfiyyəti ilə bağlı müraciətlər araşdırılır və lazımi tədbirlər görülür. Əhalini bu işdə daha fəal olmağa çağırırıq!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu