"Marsel"in futbolçusu: "Qarabağ"la oyun asan olmayacaq"


"Qarabağ"ı yaxşı təhlil etmişik, oyun asan olmayacaq".


"Report"un məlumatına görə, bunu Fransanın "Marsel" klubunun futbolçusu Pap Quye evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

23 yaşlı seneqallı müdafiəçi həftə ərzində yaxşı hazırlaşdıqlarını bildirib: "Evdə qələbə qazanmaq istəyirik".

Afrikalı oyunçu Konfrans Liqasındakı hədəflərindən də söz açıb: "Məqsədimiz bu turnirdə mübarizə aparmaq olmayıb. Bunu gizlətmək fikrində deyilik. Mən və komanda bunu təsəlli kimi qəbul etmirik. Biz böyük klubuq. Bütün yarışlarda və matçlarda qalib gəlməliyik. Hədəfimiz bu yolu sonadək getməkdir".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu