Nəcməddin Sadıkov qəzaya görə cərimələndi
Bakıda qəza törədən Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkov cərimələnib.
Bakı Şəhər DYPİ-dən AFN.az-a verilən məlumata görə, Nəcməddin Sadıkov idarə etdiyi 90-AS-020 nömrəli "Toyota Land Cruiser" markalı avtomobillə yanvarın 7-də qəza törədib.
Yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə protokol tərtib olunub.
Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib.
Qeyd edək ki, bu maddə üzrə təqsirli bilinən şəxs 40 manat cərimə edilir.