Manafdan şok açıqlama: “Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm”
Müğənni Manaf Ağayevin Füzuliyə getməsi və oradan video paylaşması müzakirələrə səbəb olub. Tənqidlərdən sonra M.Ağayev həmin paylaşımını silib.
Müğənninin Füzuliyə getməsi haqda məsələyə aydınlıq gətirmək üçün azxəbər.com saytının əməkdaşı dünən Manaf Ağayevlə əlaqə saxlayıb.
O, Füzuliyə ayda bir neçə dəfə getdiyini bildirib. Müğənni həmçinin işğaldan azad edilmiş əraziyə getdiyi avtomobili bahalı adlandıranlara da cavab verib:
“Mən elə ayda bir dəfə, iki dəfə Füzuliyə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm, 4 ildir bu maşın məndədir, gedin ayrı “tema” tapın”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.