Ana və iki azyaşlı övladının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub


Dünən Bakıda ana və iki övladının vəhşicəsinə qətlə yetirilməsinin bir neçə təfərrüatı məlum olub.


AFN.az Oxu.Az-a istinadən xəbər verir ki, ailənin yaxın qohumu olan qatilin (qadının bacısının əri) 23 min manat borcu olub.

Belə ki, borcunu qaytarmaq istəyən Əhəd Əliyev çıxış yolu olaraq qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib.

Məlumat üçün bildirək ki, qətlə yetirilən Gülnar Qaraxanovanın əri TIR şoferi olub, onun ölkə xaricində olmasını öncədən bilən Ə.Əliyev hadisəni törədərək əslində evdən 20 min manat deyil, 43 min manat pul oğurlayıb. O, quldurluq yolu ilə ələ keçirdiyi puldan 23 minini borcunu bağlamaq üçün istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu