"Azərsun Holdinq" yeni kofe markası "Coffee'NJoy"u təqdim etdi - FOTOLAR


"Azərsun Holdinq" yeni kofe markası - "Coffee'NJoy" məhsullarını Azərbaycan bazarına təqdim edib.


"Dreamland Country & Life"da "Coffee'NJoy" markası öz çeşidlərinin təqdimatını keçirib. “Azərsun Holdinq"in yeni kofe markası olan bu məhsul istehlakçılarına sevdikləri daddan daha ləzzətli bir təcrübə yaşadacağını vəd edir”. Təqdimat mərasimində çıxış edən məhsulun ərsəyə gəlməsində xidməti olan şəxslər "Coffee'NJoy" markasının bazarda özünə xüsusi yer tutacağına əmin olduqlarını bildiriblər. Zamanın nəbzini yaxından təqib edən şirkət gün keçdikcə böyüyən qəhvə bazarına yeni qəhvə markası “Coffee`n Joy”u təqdim etməklə marka istehlakçılarına xoş anlar bəxş edəcəyini vəd edir. Bu da əbəs yerə deyil. Belə ki, məhsulun istehsalında geniş bazar araşdırmasının, istehlakçının tələb və istəklərinin analiz edilməsi fonunda ən müasir standartlardan istifadə edilib. "Coffee'NJoy" markası satışa çıxmadan öncə bir çox dequstasiya testləri nəticəsində müsbət geri dönüşlər əldə edib. Bu testlərdə yüksək nəticələr əldə edilməsi markanın "Sevdiyiniz daddan daha ləzzətli" mesajının təsadüfi olmadığını bir daha sübut edir.

Təqdimatın "Coffee'NJoy" qədər dadlı keçdiyini desək, yanlış olmaz. Tədbir boyu xüsusi stendlər, məhsullar qonaqlara təqdim olunub, qonaqlara "Coffee'NJoy" haqqında ümumi məlumatlar verilib. Təqdimat zamanı iştirakçılara markanın gələcək planları və inkişaf strategiyası haqda da danışılıb.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu