Ukrayna - İspaniya oyunu təxirə salınıb
Basketbol üzrə Ukrayna və İspaniya milli komandaları arasında dünya çempionatının seçmə oyunu təxirə salınıb.
"Report" Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 27-də Kiyevdə təşkili planlaşdırılan qarşılaşma regiondakı qeyri-sabit hərbi-siyasi vəziyyətlə əlaqədar ertələnib.
Komandalar plan üzrə ilk görüşü fevralın 24-də İspaniyabın Kordoba şəhərində keçirəcəklər.
Qeyd edək ki, Ukrayna ilə İspaniya dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Şimali Makedoniya ilə birlikdə G qrupunda yer alıblar. Qrupa 4 xalla İspaniya başçılıq edir. Gürcüstan və Ukraynanın 3, Şimali Makedoniyanın 2 xalı var.