Rusiyanın bu qərarını qəbuledilməz olaraq qiymətləndiririk - Ərdoğan


“Biz Rusiyanın “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini tanıması ilə bağlı qərarını qəbuledilməz olaraq qiymətləndiririk”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqodan Seneqala gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Tərəfləri sağlam düşüncəyə və beynəlxalq hüquqa hörmət etməyə çağırdığımızı bir daha vurğulayırıq”, - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu