Manaf Ağayev niyə üzr istəmədi? - RƏSMİ AÇIQLAMA-VİDEO
Son günlər Manaf Ağayevin videogörüntülərinin çəkilməsi və yayılmaması ilə bağlı məsələ gündəmi zəbt edib.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında məsələyə aydınlıq gətirib.
“Manaf Ağayev bildirdi ki, əməlindən peşmandır. Bunu məhkəmədə də bildirdi. Videogörüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, mənim səhvimi artıq bütün cəmiyyət görüb.
Xahiş etdi ki, əlavə videogörüntüləri çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zəruriyyət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər”, - deyə qurum rəsmisi bildirib.