Qubadakı çaylarda yerləşən karxanalarda monitorinqlər aparılıb - FOTO


Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə monitorinqlər keçirilib.


Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov AFN.az-a bildirib ki, keçirilən monitorinq nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını göstərir. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.

S. Əmiraslanov onu da vurğulayıb ki, qazıntı işləri aparmaq üçün icazəsi olan istismarçı geoloji uçotun aparılması üçün fəaliyyətə mütləq peşəkar geoloqlar cəlb etməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu