Xaçmazda vətəndaşsızlıq hallarının aradan qaldırılmasına həsr edilmiş tədbir keçirilib


Vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirlər davam etdirilir.


Növbəti belə tədbir Xaçmazda reallaşdırılıb. Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun rəhbərliyi ilə 25 fevral 2022-ci il tarixdə Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi ərazilərdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib. Görüşdə 18 nəfər vətəndaşsızlıq vəziyyətində olan şəxslərin, habelə pasportlarının etibarlılıq müddəti bitmiş 13 nəfər əcnəbinin problemlərinin həlli məsələləri müzakirə olunub, onların üzləşdikləri çətinliklər dinlənilib.

Sonda Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu