Ərdoğan Zelenski ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefonla danışıb.
“Qafqazinfo” xəbər verir ki, telefon söhbətində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və son vəziyyət müzakirə edilib.
Ərdoğan Rusiya hücumlarında həyatını itirən Ukrayna vətəndaşları üçün başsağlığı verib, yaralılara şəfa diləyib.
Türkiyə lideri daha çox itkinin yaşanmaması və Ukraynanın zərər görməməsi üçün tezliklə atəşkəs elan edilməsi üçün çalışdıqlarını bildirib.