Ukraynada həlak olan azərbaycanlıların kimliyi məlum olub


Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.


“Report”un məlumatına görə, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.

Hər üç şəxs yaxın qohumdurlar.

Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu