Qoca Səmədov üçüncü dəfə ürək əməliyyatı olunub


Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədova ürək əməliyyatı olunub.


Bu barədə "Report"a onun vəkili Elnur Vəliyev deyib.

Onun sözlərinə görə, keçmiş icra başçısının üçüncü ürək əməliyyatı Bakı Sağlamlıq Mərkəzində edilib: "Qoca Səmədovun hazırda vəziyyəti yaxşı deyil".

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. Daha sonra Q.Səmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu