Azərbaycanda daşınmaz əmlak ucuzlaşa bilər - EKSPERT


Rusiyaya qarşı sanksiyalar Azərbaycanda daşınmaz əmlakın qiymətinə təsir edəcək.


AFN.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O, qeyd edib ki, Rusiyada təxminən 2,5 milyon Azərbaycanlı yaşayır: "Bu, ümumi Azərbaycan əhalisinin 25 faizi deməkdir. Rusiyaya tətbiq olunan sanksiyalar böyük ehtimalla orada yaşayan həmvətənlərimizim maddi vəziyyətlərinin pisləşməsinə, həmcinin bizneslərinin cökməsinə səbəb ola bilər. Azərbaycanda, xüsusəndə paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlak alıcılarının böyük bir hissəsi xaricdə, xüsusən də Rusiyada yaşayan soydaşlarımızdı. Rusiyadakı mövcud vəziyyətlə əlaqədar olaraq orada yaşayan soydaşlarımız öz bizneslərini ayaqda tutmaq ücün qısa bir zamandan sonra Axərbaycandakı əmlaklarını kütləvi surətdə satışa cıxaracaqlar. Bu kütləviliyə cevrilərsə, daşınmaz əmlakların satış qiymətlərində ciddi enmələrə səbəb olacaq".
Ekspert qeyd edib ki, bu hal 2015-2016-cı illərdə devalvasiya zamanı rublun qiymətinin kəakin düşməsi dövründə də baş vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu