Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub
Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
"Artıq açıq yerlərdə maska taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska taxılmayacaq", - nazir qeyd edib.
Qoca açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa tutulan şagirdin təcrid olunacağını bildirib.