İş adamı Xarkovun bərpası üçün yaxtasını satır


Ukraynalı iş adamı, "Development Construction Holding”in (DCH) prezidenti Aleksandr Yaroslavski Xarkov şəhərinin bərpasına yardım edəcək.


Bu barədə o, sosial şəbəkələrdə yazıb.

O bildirib ki, Xarkov şəhərinin bərpasına ilkin maliyyə yardımı mülkiyyətində olan "Caiser” yaxtasının satılması hesabına olacaq. İş adamı deyib ki, artıq yaxtada dincəlməyə vaxt yoxdur: "İşləmək və daha çox işləmək lazım gələcək”.

Alman şirkəti "Abeking&Rasmussen”in istehsalı olan "Caiser” yaxtasının uzunluğu 60 metrdir. Yaxtanın 12 nəfər qonaq qəbul etmək üçün 6 kabinəsi var. Bundan başqa, yaxtanın 15 nəfərdən ibarət heyəti üçün də ayrıca yer var.

Ukrayna mediası yazır ki, bu yaxta Yaroslavskinin sevimli ailəvi istirahət yeridir. İndi o, bu əyləncədən imtina edərək, yaxtanı satışa çıxarıb.

Bundan əvvəl isə iş adamı Xarkov xəstəxanaları üçün 25 milyon qrivin (873 453.99 dollar) ayırmışdı. O, Xarkov şəhərinin sakinlərinə müraciət edərək bildirib: "Söz verirəm və and içirəm ki, şəhərimizi bərpa edəcəyik. Nəinki bərpa edəcəyik, bundan da artıq işlər görəcəyik. Bunun üçün səylərimi və pulumu əsirgəməyəcəm. Xarkov bizim üçün prioritetdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu