Türkiyə və Ukrayna XİN başçıları telefonla danışıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı tərəflərin mülki əhalinin çıxarılması üçün humanitar dəhlizin yaradılması haqqında razılığa gəlməsindən Türkiyənin məmnunluğu ifadə edilib.