Azərbaycanda dövlət qeydiyyatına alınacaq qida məhsullarının siyahısı müəyyənləşir


Milli Məclis Azərbaycanda dövlət qeydiyyatına alınacaq qida məhsullarının siyahısının hazırlanması ilə bağlı layihəni birinci oxunuşda qəbul edib.


Parlamentin martın 4-də keçirilən iclasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunub ki, aşağıdakı məhsullar Azərbaycan ərazisində istehsal, emal edilməmişdən və dövriyyəyə buraxılmamışdan əvvəl onların xüsusiyyətləri nəzərə alınmaqla həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, habelə həmin məhsulların təhlükəsizliyini və minimum keyfiyyətini, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25.8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınacaq:

1. yeni növ qida məhsulları;

2. genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları;

3. qida əlavələri

4. yem əlavələri;

5. bioloji aktiv qida maddələri;

6. təbii mineral sular.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu