Elmira Axundova Bakıdadır: "Çətinliklə gəldik..."


Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb.


AFN.az-ın məlumatına görə, səfir bildirib ki, hazırda Bakıdadır. O, səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə bu gecə Bakıya gəlib. Səfir qeyd edib ki, həmin şəxsləri təxliyə etmək çox çətinliklə baş tutub.

Elmira Axundova eyni zamanda səhhəti ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

"Müəyyən müxalif dairələrin yenidən mənə qarşı ləyaqətsiz kampaniyaya başlaması son dərəcə xoşagəlməz haldır. Bu dəfə məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər. Ona görə mən bunu bəyan etmək istəyirəm: iki ay əvvəl keçirdiyim onurğa əməliyyatı ilə bağlı müəyyən problemlərə baxmayaraq, mən eyni fədakarlıq və məsuliyyətlə Kiyevdə fəaliyyətimi davam etdirdim.

Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz, hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik.

Kişinyovda Bakıya uçmaq qərarı verildi. Moldovadakı səfir Qüdsi Osmanov mənə və bəzi diplomatlara çarter reysi ilə uçmağı təklif etsə də, biz təyyarədə Azərbaycan dövlətinin pulsuz təxliyə etdiyi həmyerlilərimizin yerini tutmamaq üçün bu imkandan istifadə etmədik. Çox çətinliklə hamıya bilet aldıq, karvanı “yaşıl” dəhlizlə Rumıniyaya (Moldova və Rumıniya səfirliklərinin əməkdaşlarına təşəkkür) apardıq və təxliyə olunduq. Beləliklə, həyatlarına şəxsən cavabdeh olduğum 40-dan çox səfirlik əməkdaşı və onların ailə üzvləri xilas edildi. Hazırda səfirliyi minlərlə azərbaycanlı üçün sığınacaq adasına çevrilən Qüdsi Osmanova bir daha təşəkkür edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu