Osman Gündüz: "Rusiya olacaq oğurluq İT məhsullar ölkəsi!"


Rusiya oğurluğu qanuniləşdirir. İnanılmaz olsa da artıq reallıqdır. Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atır, oğurluğa icazə verməyə hazırlaşır. Bir neçə gün öncə yazmışdım ki, Rusiya kütləvi sanksiyalar səbəbindən çökən İT ekosistemi xilas etmək üçün təcili bəzi qərarlar verib.


AFN.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz deyib. O, qeyd edib ki, bu qərarlarda 27 yaşadək İT mütəxəssislərin hərbidən azad edilməsi, İT şirkətlərin vergilərinin sıfırlanması, çoxsaylı güzəştlər, İT mütəxəssislərin evlə təmin edilməsi, mobil operatorların gəlir vergilərinin 3% -ə endirilməsi və s.nəzərdə tutulurdu:

"Bu gün isə Rusiya İT bazarının vəziyyətini nəzərdən keçirəndə müşahidə etdim ki , Rusiya hökuməti vəziyyətdən çıxmaq üçün daha bir inanılmaz qərar hazırlayır. Hökumət pirat proqram təminatındann, pirat İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə hazırlaşır. Yəni, hansı qlobal İT şirkət Rusiyaya sanksiya tətbiq edibsə, onun İT məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq. Rusiya hansısa xarici İT məhsuldan istifadə ilə bağlı onun patent və ya müəllif hüquqi sahibindən razılıq alınması normasını da mövcud qanunvericilikdən çıxartmağa hazırlaşır. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli İT məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub.

Yəni, Rusiya olacaq oğurluq İT məhsullar ölkəsi! Ağlasığmaz addımdır. Rusiya qarşıdakı böhrandan yayınmaq, İT sektorunu və ona bağlı olan sahələri xilas etmək üçün sağlam məntiqə sığmayan addımlar atır.

Nəticə necə olacaq?

Düşünürəm ki, "oğurluğa icazə" qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq. Rusiyada hökumət-vətəndaş sektoru Microsoft üstündə, enerji sektoru Siemens üstündə, bank sektoru Oracle üstündə, korporativ sektor SAP və Oracle üstündə "oturub". Strateji, kritik sahələr üçün "oğurluq" məhsullardan istifadə ciddi risklər yaradacaq. Nəhəng sistemlər tez-tez çökəcək. Eyni zamanda İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Xüsusən də son dövrlərdə bu tip məhsullardan istifadə bulud texnologiyaları əsasında, abunə üsulu ilə reallaşdığından bu tip məhsullardan tam rejimdə, bütün imkanları ilə istifadə mümkün olmayacaq. Güman etmək olar ki, xarici istehsalçıar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər.

Xatırladıram ki , Rusiyanın müxtəlif sektorlar üzrə İT ekosistemində hökmranlıq edən Oracle, Apple, SAP, İBM, İntel, Microsoft, AMD, Cisco, Siemens, Ericsson, Nokia və s. şirkətlər artıq Rusiya bazarından çıxdıqlarını rəsmi olaraq açıqlayıblar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu