Bakıda avtomobil şadlıq evinə çırpıldı: Xəsarət alanlar var - VİDEO


Bakının Nizami rayonunda yol qəzası baş verib.


AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, Azər Əliyev idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olarkən onun qarşısına qəfil piyada çıxıb.

Sükana nəzarəti itirən sürücü nəqliyyat vasitəsini yol kənarında dayanan VAZ-2106 markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən VAZ-2106 yaxınlıqdakı şadlıq evinin divarına çırpılaraq yararsız hala düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ümumilikdə iki nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu