Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə vətəndaşları qəbul edib


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 11 mart 2022-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.


Qəbuldan əvvəl nazir və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu