Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.
Baş Prokurorluqdan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Vaxtilə Tariyel Qurbanov sol əli ilə hərbi salam verdiyinə görə də mətbuatın gündəminə gəlmişdi.
Qafqazinfo